ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərə müdaxilə etmək iddiası ilə Corciya ştatının Fulton dairə həbsxanasında rəsmi həbs prosesindən keçib. O, 200 min dollar girov qarşılığında sərbəst buraxılıb.
Editor.az bildirir ki, bu barədə CNN xəbər yayıb. Şəbəkə bildirir ki, Tramp ənənəvi həbs prosesindən keçib. O, müvəqqəti həbs edilib və Fulton qraflığının həbsxanasına yerləşdirilib. Həbsxanada ABŞ-ın keçmiş prezidentinin üzərində axtarış aparılıb, fotoşəkilləri və barmaq izləri götürülüb. Qeydlərə görə, sabiq prezident 6 fut 3 düym və 215 lbs ağırlığında, mavi gözləri və sarışın və ya açıq qırmızı saçlıdır.
Tramp təxminən 20 dəqiqə təcrid vəziyyətində olub. Bundan sonra onun korteji Atlantadakı Hartsfild-Cekson Beynəlxalq Hava Limanına yollanıb. Qeyd olunur ki, Tramp və vəkilləri əvvəllər istintaqla şəxsi öhdəlik formasında həbs-qətimkan tədbiri ilə bağlı razılıq əldə etdikləri üçün həbs proseduru tez aparılıb. O, 200 min dollar girov müqabilində sərbəst buraxılıb.
Azadlığa buraxılma şərtləri, eks-prezidentin sosial şəbəkələrdən həmtəqsirləndirilən şəxslərə və şahidlərə hücum etmək üçün istifadə etməməsini nəzərdə tutur.
//Samir Qurbanov, Editor.az

