Donald Tramp dollordan imtina edən ölkələri cəzalandırcaqbackend

Donald Tramp dollordan imtina edən ölkələri cəzalandırcaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenidən dövlət başçısı postuna namizəd olmuş ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri ölkələrin dollardan istifadədən imtina etməsinin qarşısını almaq üçün tədbirləri nəzərdən keçirir.

Xüsusilə, “ikitərəfli ticarətdə dollarsız iştirak etmək üçün aktiv yollar axtaran” ölkələrə qarşı sanksiyaların tətbiqi müzakirə edilir.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Agentlik bildirib ki, nəzərdən keçirilən tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyası üçün rüsumlar və tariflər daxildir. İddia olunur ki, Tramp seçkidə qalib gələrsə, onun komandası elan edilmiş tədbirləri aktiv şəkildə “de-dollarizasiya” ilə məşğul olan BRİKS üzvülərinə qarşı yönəltməyi planlaşdırır.

Mart ayında CNBC-yə verdiyi müsahibədə Donald Tramp “ölkələrin dollardan imtina etməsinə nifrət etdiyini” açıq şəkildə bildirmişdi: “Mən ölkələrin dollardan imtina etməsinə icazə verməzdim, çünki bu standartı itirmək inqilabda uduzmağa bərabər olacaq. Bu, ölkəmizə zərbə olacaq”, – sabiq prezident deyib. O, həmçinin rəqəmsal dolların yaranmasının qarşısını alacağına da söz verib.

//Samir Qurbanov, Editor.az