Donald Tramp: “əks təqdirdə üçüncü dünya müharibəsi başlanacaq”backend

Donald Tramp: “əks təqdirdə üçüncü dünya müharibəsi başlanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasında sülh danışıqları dərhal aparılmalıdır. Onun fikrincə, əks təqdirdə bəşəriyyət üçüncü dünya müharibəsinə tuş gələ bilər.
Editor.az bildirir ki, bu sözləri Donald Tramp Nevada ştatında keçirilən kampaniya mitinqində deyib: “Biz münaqişənin sülh yolu ilə sona çatması üçün dərhal danışıqlara getməliyik, əks halda “biz üçüncü dünya müharibəsi ilə üzləşəcəyi”. Qeyd edək ki, Rusiya və Ukrayna arasında sülh danışıqları may ayında dayandırılıb.
Oktyabrın 4-də Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Putinin Rusiya prezidenti olduğu müddətdə bu ölkə ilə danışıqların aparılmasının qeyri-mümkünlüyünü bildirb. O, daha əvvəl xəbərdarlıq etmişdi ki, Rusiya Federasiyası qondarma “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərində referendum keçiricəyi təqdirdə Ukrayna ilə istənilən danışıqlar imkanı aradan qalxacaq
  //Samir,Editor.az