ABŞ prezidenti Donald Tramp Kanadanı indiyə qədər danışıqlar apardığı ən pis ölkə adlandırıb.
O, həmçinin Ottavanı NATO-ya ən az töhfə verməkdə ittiham edib. Tramp hesab edir ki, Kanada ABŞ-ın 51-ci ştatı olmalı idi. “Kanada 51-ci ştat olmalı idi, biz onlara ildə 200 milyard dollar subsidiya veririk. Bizə onların maşınları və taxta-şalbanları lazım deyil. “Bizim kifayət qədər öz resurslarımız var” – deyə Amerika prezidenti “Fox News”a müsahibəsində bildirib.
Qeyd edək ki, martın 4-dən ABŞ-a idxal edilən Kanada mallarına 25% rüsum tətbiq edilib.
Buna cavab olaraq Ottava Amerika mallarına oxşar tariflər elan edib. Daha sonra Donald Tramp tarifləri ikiqat artıracağına söz verdi və Kanadanın baş naziri Castin Trüdo Amerika prezidentini ticarət müharibəsinə başlamaqda ittiham edib və Ümumdünya Ticarət Təşkilatına iddia qaldırıb. Tramp Kanadanın ABŞ-a birləşdirilməsinin tarif problemini həll edəcəyini söyləyib. Teleqraf onun ticarət və istehsal üzrə baş müşaviri Peter Navarronun Kanada ilə ABŞ arasındakı sərhədə yenidən baxmağa çağırdığını bildirir.
//Samir Qurbanov, Editor.az