ABŞ prezidenti Donald Tramp mayın 12-də yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərinə yola düşəcək. O, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməyi və 1 trilyon dollarlıq sövdələşmələrlə ABŞ-a qayıtmağı planlaşdırır. Trampın səfəri əsasən biznes yönümlü olacaq, geosiyasi gündəm arxa plana keçəcək.
“Axios” nəşri xatırladıb ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dörd il ərzində ABŞ-a 600 milyon dollar sərmayə yatıracağına söz verib. Axios-a görə qarşıdan gələn ABŞ-Səudiyyə Ərəbistanı sövdələşmələrinə ən azı 100 milyon dollarlıq hərbi təchizat, həmçinin böyük enerji və resurs müqavilələri daxil olacaq. Qətər də ABŞ-la razılaşma üçün öz təklifini verəcək.
Qətərin sərmayəsi ölkəni “Boeing” kommersiya təyyarələri ilə təchiz etmək və 2 milyard dollar dəyərində MQ-9 Reaper pilotsuz təyyarələrinin alınması ilə bağlı sövdələşmələr də daxil olmaqla, ümumilikdə 300 milyon dollara qədər ola bilər. BƏƏ də mart ayında bildirib ki, on il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoymağı planlaşdırır.
//Samir Qurbanov, Editor.az