Donald Tramp hamını qabaqlayırbackend

Donald Tramp hamını qabaqlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 45-ci prezidenti Donald Tramp respublikaçılar arasında 2024-cü il seçki yarışının favoritidir.

Editor.az bildirir ki, son sorğulara görə, onun ən yaxın rəqibi Florida qubernatoru Ron DeSantis üzərindəki üstünlüyü 43 xala yüksəlib. Respublikaçı strateqlər hesab edirlər ki, DeSantisin populyarlığında artım hələ qarşıdadır, lakin istənilən halda onun partiyadan namizədlik hüququ uğrunda mübarizə aparması çox çətin olacaq.

Son bir neçə gündə Donald Tramp 2024-cü il seçkilərində prezidentliyə namizəd olmaq hüququ qazana biləcək respublikaçıların siyahısı ilə bağlı mövqeyini möhkəmləndirib. Belə ki, Morning Consult tərəfindən aparılan yeni araşdırmanın nəticələrinə görə, ABŞ-ın 45-ci prezidenti Florida ştatının qubernatoru Ron DeSantisdən, hətta bütün digər namizədlərdən xeyli uzaqlaşıb. Bir neçə ay əvvəl populyarlıq baxımından cənab Trampı ötmək üçün hər cür şansa malik olan Ron DeSantis indi 43 bal geridədir: 61%-18%. Qalan namizədlər, prinsipcə, ikirəqəmli rəqəmlər toplaya bilməyiblər.

  //Samir Qurbanov,Editor.az