ABŞ prezidenti Donald Tramp Harvard Universitetini xarici tələbələrin şəxsi məlumatlarını açıqlamağa çağırıb. O, bunu vətəndaşları Harvardda oxuyan bəzi ölkələrin “ABŞ-a dost olmamaları” və “tələbələrinin təhsili üçün heç nə ödəməmələri” ilə izah edib.
Editor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. O, Harvard tələbələrinin 31%-nin xaricilər olduğunu deyib. “Biz bu beynəlxalq tələbələrin kim olduğunu bilmək istəyirik, ağlabatan tələbdirmi? Çünki Harvarda milyardlarla dollar veririk, lakin Harvard işləro qədər də yaxşı getmir. “Biz bu adları və ölkələri bilmək istəyirik”, – ABŞ prezidenti yazıb.
O, həmçinin əlavə edib ki, universitet 52 milyon dollarlıq maliyyə vəsaitindən istifadə etməyə başlamalı və hökumətdən “pul istəməyi” dayandırmalıdır.
Xatırladaq ki, mayın 22-də Ağ Ev Harvardın mübadilə proqramının akkreditasiyasını ləğv edib və beynəlxalq tələbələrin qeydiyyatını qadağan edib, 2,6 milyard dollarlıq maliyyəni dondurub və gələcək qrantları dayandırıb. Prezident administrasiyası universitetin kampusda təhlükəli mühit yaratdığını müəyyən edib.
ABŞ federal məhkəməsi Tramp administrasiyasına universitetin beynəlxalq tələbələrin qəbulunu əngəlləməsinə qadağa qoyub, çünki bu, “Harvard tələbə kontingentinin dörddə birini” siləcək.
//Samir Qurbanov, Editor.az