Donald Tramp Həbib Nurməhəmmədovla görüşüb və söz verib ki…backend

Donald Tramp Həbib Nurməhəmmədovla görüşüb və söz verib ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədova söz verib ki, noyabrda keçiriləcək prezident seçkilərini seçəcəyi təqdirdə Ukraynadakı münaqişəni dayandıracaq.

Editor.az bildirir ki, “Impaulsive” YouTube kanalının müəllifi ilə söhbətində o, döyüşdən sonra Nurməhəmmədovun ona yaxınlaşdığını deyib. “O, çox ağıllıdır. Düşünürəm ki, Putinin yaxşı dostudur. O dedi ki, biz qətliyamı dayandırmalıyıq. Və bu doğrudur. Düşünürəm ki, mən bu müharibəni dayandıra bilərəm. Seçkidə qalib gəlsəm dərhal müharibəni dayandıracağam” – Tramp açıqlayıb.

Nurməhəmmədovla Tramp arasında görüş iyunun əvvəlində Nyuarkda (Nyu Cersi) UFC 302 turnirində baş tutub. Eks-prezident İslam Mahaçevlə amerikalı Dastin Puaryenin döyüşünə qatılıb.

//Samir Qurbanov, Editor.az