ABŞ prezidenti Donald Tramp Ukraynada Rusiya tərəfindən başlanan müharibəyə son qoya biləcəyinə inanır. O, bunu oktyabrın 27-də Ağ Evin YouTube kanalında canlı yayımlanan Air Force One təyyarəsində jurnalistlərə bildirib.
Tramp bu yaxınlarda Rusiya-Ukrayna müharibəsinə son qoymağın xeyli asan olacağına və Ukraynada sülhün “Yaxın Şərqdəkindən daha tez” gələcəyinə inandığını bildirib. O, bir neçə müharibəyə son qoyduğunu və Rusiya-Ukrayna müharibəsinə də son qoymağa ümid etdiyini təkrarlayıb: “Mən indi səkkiz müharibəyə son qoydum – və doqquzuncusu artıq yaxınlaşır. İnanıram ki, Rusiya ilə Ukrayna arasındakı vəziyyət həll olunacaq”, – deyə Amerika prezidenti qeyd edib.
O, “həyatı xilas edən sülh müqavilələrinin vacibliyini vurğulayıb: “Mən milyonlarla insanın həyatını xilas etdim və vacib olan da budur”, – deyə Tramp əlavə edib.
Bundan əlavə, oktyabrın 26-da Tramp Pakistan və Əfqanıstan arasındakı münaqişəni həll etməyə qadir olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

