“İranı məhv edirik. Razılaşma əldə olunması üçün yalvaran onlardır, mən deyiləm”.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp martın 26-da Ağ evə nazirlərlə keçirdiyi toplantıda bildirib.
“Onlar axmaq deyillər, əslində çox ağıllıdırlar. Çox əla müzakirə aparmağı baxarırlar”, – Birləşmiş Ştatlar lideri söyləyib.
D.Tramp detib ki, ABŞ İslam Respublikasının hərbi gücünə ağır zərbə vurub:
“Biz onların raket qurğularının 90%-ni və bəlkə də, raketlərin 90%-dən çoxunu məhv etmişik”.
ABŞ Prezidentinin sözlərinə görə, müharibə tezliklə bitəcək.
“İndi onların elə bir şansı var ki, bununla da İran nüvə ambisiyalarından tamamilə imtina edəcək və yeni bir yol müəyyənləşdirəcək. Biz onların bunu etmək istəyib-istəmədiklərini görəcəyik. Əks halda, biz onların ən pis kabusu olacağıq. Hələlik isə sadəcə onları maneəsiz şəkildə partlatmağa davam edəcəyik, heç nə bizi dayandıra bilməyəcək”.

