Donald Tramp İrana “çox pis gün” vəd etdibackend

Donald Tramp İrana “çox pis gün” vəd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp danışıqların nəticəsiz qalacağı təqdirdə İran üçün təhlükə barədə xəbərdarlıq edib. İki ölkə arasında dialoq şənbə günü, aprelin 12-də Omanda baş tutacaq.

Nümayəndə heyətləri İranın nüvə proqramını müzakirə edəcəklər. Tramp razılaşmanın uğursuzluğu halında İranı “görünməmiş bombardman edəcəyini” vəd edib: “İranla danışıqlar uğur qazanmasa, ölkə təhlükə altında olacaq, çünki onlar nüvə silahına sahib ola bilməzlər. “Məncə, razılığa gəlməsək, İran üçün çox pis gün olacaq”, – deyə Tramp Ağ Evdə deyib.

Qeyd edək ki, aprelin 7-də Donald Tramp ABŞ və İranın “birbaşa danışıqlarda” olduğunu deyib. “Onlar şənbə günü də davam edəcək. Çox böyük görüşümüz olacaq və bundan nə çıxacağını görəcəyik” – o deyib. Lakin bu gün, aprelin 8-də ABŞ-la danışıqlardan xəbəri olan üç İran rəsmisi “The New York Times” qəzetinə deyib ki, İran rəsmilərinin qarşıdan gələn dialoqa fərqli baxışları var. Onların sözlərinə görə, hər bir nümayəndə heyəti ayrı otaqda oturacaq və Oman diplomatları mesajlarını bir-birlərinə çatdıracaqlar.

//Samir Qurbanov, Editor.az