Donald Tramp İrana qarşı müharibəyə başlaya bilərbackend

Donald Tramp İrana qarşı müharibəyə başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Time” jurnalisti ilə söhbətində İranla müharibəyə şarə edib. Trampın sözlərinə görə, “hər şey ola bilər”.

Donald Trampa verilən sualın mətni Time materialında verilməyib. Lakin məqalədəngörünür ki, Donald Trampla söhbət 2018-ci ildə İranla imzalanmış nüvə sazişindən çıxması, İranın “bir neçə həftəyə bomba yaratmaq” qabiliyyəti, eləcə də İran hökumətinin Trampı prezidentlik kampaniyası zamanı öldürmək planlarından gedir.

Noyabrın 14-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini Əli Sərdar Fədavi bildirib ki, Donald Trampın hakimiyyətə gəlməsi ABŞ-ın İranla münasibətlərində heç nəyi dəyişməyəcək. Onun fikrincə, “şər cəbhəsi öz pisliyi ilə fərqlənmir”.

//Samir Qurbanov, Editor.az