Donald Tramp İsrail və Türkiyəni barışdırmağa çalışacaq: ümid edirəm ki, problem olmayacaqbackend

Donald Tramp İsrail və Türkiyəni barışdırmağa çalışacaq: ümid edirəm ki, problem olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında İsrail və Türkiyənin problemlərini həll etməyə hazır olduğunu bildirib.

O, Türkiyə və onun lideri ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb. “Düşünürəm ki, biz bunu həll edə bilərik. Ümid edirəm ki, problem olmayacaq. Problem olacağını düşünmürəm. Mən Ərdoğana hörmət edirəm, o da mənə hörmət edir… O, çox güclü və ağıllı adamdır”, – Donald Tramp deyib.

Amerika lideri xatırladıb ki, ABŞ və Türkiyə birlikdə çox işlər görüb və heç vaxt problem olmayıb. Tramp əlavə edib ki, Ərdoğan çox güclü insandır və o, heç kimin etmədiyi bir şey edib, ona görə də israillilər Türkiyə ilə hər hansı problemi həll etmək üçün ağıllı hərəkət etməlidirlər.
İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkəsi Suriyadakı vəziyyətlə bağlı Türkiyə ilə münaqişə etmək istəmir. “Bizim Türkiyə ilə yaxşı qonşuluq münasibətlərimiz var idi. Türkiyənin ABŞ-la da yaxşı münasibətləri var. Biz Suriyada münaqişə istəmirik… Düşünürəm ki, ABŞ prezidentindən yaxşı vasitəçi yoxdur”, – Benyamin Netanyahu deyib.

//Samir Qurbanov, Editor.az