ABŞ prezidenti Donald Tramp İsrail Knessetində (parlamentdə) çıxış etməyə dəvət olunub.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. Nazirlik qeyd edib ki, Amerika liderini Knessetin spikeri Amir Ohana dəvət edib: “İsrail parlamentinin sədri Amir Ohana gələn həftə İsrailə səfəri zamanı ABŞ prezidenti Donald Trampı Knessetdə çıxış etməyə dəvət edib”, – Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Tramp 2008-ci ildən bəri Knessetdə çıxış edən ilk ABŞ prezidenti ola bilər.
//Samir Qurbanov Editor.az

