ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini və onu ölkəyə qəbul etməyə hazır olduğunu bildirib.
Lakin onun fikrincə, ABŞ istənilən halda birləşdirilməsinə nail olacaq.
“Mən Qrenlandiya xalqına müraciət etmək istəyirəm. Biz sizin öz gələcəyinizi təyin etmək hüququnuzu dəstəkləyirik və seçsəniz, sizi ABŞ-a qəbul edəcəyik. Bizə milli və beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya lazımdır… Düşünürəm ki, biz bu və ya digər şəkildə buna nail olacağıq”, -deyə Tramp əminliyini bildirib.
O əlavə edib ki, Qrenlandiyanın əhalisi az olsa da, böyük əraziyə malikdir və müdafiə məsələlərində çox mühüm rol oynayır. “Biz sizi təhlükəsiz edəcəyik, zənginləşdirəcəyik və birlikdə bu regionu heç vaxt arzu edə bilmədiyiniz zirvələrə qaldıracağıq”, – ABŞ Prezidenti deyib.
//Samir Qurbanov, Editor.az