Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ prezidenti Donald Trampa qarşı yeni tənqidlərlə çıxış edib.
Editor.az xəbər verir ki, demokratlar partiyasından prezidentliyə potensial namizəd kimi təqdim edilən Nyusom Tramp administrasiyasının ştatda yeni neft yataqlarının işlənməsi planını “ölü doğulmuş” adlandırıb.
Əvvəllər Tramp administrasiyasının Kaliforniya sahillərindəki sahil sularında neft qazılmasına icazə verməyi planlaşdırdığı bildirilirdi. Qubernator Nyusom qeyd edib ki, Kaliforniyanın siyasi qüvvələrinin əksəriyyəti artıq Respublikaçı administrasiyasının planlarına qarşı çıxıb.
//Samir Qurbanov, Editor.az

