Donald Tramp keçirdiyi seçki kampaniyası çərçivəsində küllü miqdarda borca düşübbackend

Donald Tramp keçirdiyi seçki kampaniyası çərçivəsində küllü miqdarda borca düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABC News” xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın kampaniyası siyasətçinin son bir neçə ildə mitinqlər keçirdiyi şəhərlərdə xərcləri ödəməyib.

Telekanalın məlumatına görə, “on minlərlə hesab” ödənilməmiş qalıb, bəzi şəhər hakimiyyəti isə siyasətçidən tələb olunan məbləği almamaq qərarına gəlib.

Kanalın qeyd edir ki, bəzi hallarda Trampın kampaniyası mitinqlərdə təhlükəsizlik və digər xərclər üçün yarım milyon dollar borcludur. Ödənilməmiş hesablara aşağıdakılar daxildir:
El Paso (Texas) şəhərində 569 min dollar;
Albukerke (Nyu Meksiko) – 444,9 min dollar;
Tucson (Arizona) – 145,2 min dollar;
Eri (Pensilvaniya) – 98,1 min dollar;
Eau Claire və Green Bay (Viskonsin) – müvafiq olaraq 47 min və 33 min dollar.
Bu şəhərlərin hamısı məhkəmələr vasitəsilə xərclərin ödənilməsini tələb etmək niyyətindədir. Bəzi hallarda borclar Donald Trampın 2016-cı ildəki ilk kampaniyasından bəri ödənilməmiş qalır. ABC izah edir ki, borca görə yerli hakimiyyət orqanları “böyük miqdarda gözlənilməz xərclərlə” üzləşir və onları büdcəni aşmağa məcbur edir. Bir sıra şəhərlər siyasi mitinqlər üçün xərc tələb etməmək qərarına gəliblər. Xüsusilə, Rio Rancho (Nyu Meksiko) Trampdan 240 min dollar, Nassau qraflığından isə 1 milyon dollar tələb etməyib, ikinci məbləğə isə yalnız polis əməkdaşlarının iş saatlarından sonrakı ödənişi daxildir.

//Samir Qurbanov, Editor.az