Donald Tramp Krımı Rusiya ərazisi kimi tanıyır? özü cavab verdibackend

Donald Tramp Krımı Rusiya ərazisi kimi tanıyır? özü cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

O, jurnalistlərə deyib ki, sadəcə olaraq “münaqişənin bitməsini” istəyir. Lakin məlumdur ki, Ukraynanın yarımadanı Rusiya Federasiyasının tərkibində tanıması ABŞ-ın təqdim etdiyi sülh planının şərtlərindən biridir.

Əvvəllər güman edilirdi ki, aprelin 23-də Londonda keçiriləcək görüşdə Ukrayna, ABŞ və Avropa nümayəndə heyətləri ABŞ-ın münaqişənin sülh yolu ilə həlli üçün təklif etdiyi planı müzakirə edəcəklər. Bu, Krımın Rusiya Federasiyasına aid olduğunu tanımaqla yanaşı, Rusiyanın Ukraynanın NATO üzvlüyündən imtina etməsi tələbini də ehtiva edir.

Lakin danışıqlar başlamazdan əvvəl Ukrayna hakimiyyəti Krımdan imtina etmək imkanını açıq şəkildə rədd edib. Buna ABŞ prezidenti cavab verib ki, Zelenskinin bəyanatı sülh danışıqlarına zərbə vurur, çünki Ukrayna uzun illər əvvəl yarımadanı itirib və bu, indi “hətta müzakirə mövzusu deyil”.

//Samir Qurbanov, Editor.az