ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona və şirkəti olan “Trump Organization”a qarşı dələduzluqla bağlı məhkəmə qarşısına çıxmaq üçün Nyu-York məhkəməsinə gəlib.
Siyasətçi heç bir cinayət törətmədiyini deyərək məhkəməni “yalan və qurama” adlandırıb. Editor.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb .“Bu, sadəcə olaraq tarixdə baş vermiş ən böyük iftiranın davamıdır”, – Tramp deyib.
Trampın şirkəti Amerika kommersiya banklarından kreditlər alarkən və ABŞ sığorta şirkətləri ilə sığorta müqavilələri bağlayarkən aktivlərin dəyəri barədə məlumatları təqdim edərkən yol verilən dələduzluqda ittiham olunur.
Sentyabrın 26-da Nyu-York ştatının məhkəməsi etiraf edib ki, Tramp və onun nəzarətində olan biznes strukturları mülki iş üzrə məsuliyyət daşıyırlar. Xatırladaq ki, Donald Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücum, 2020-ci ildə Amerika prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdi və məxfi sənədlərin qeyri-münasib saxlanması da daxil olmaqla dörd məhkəmə ittihamı ilə üz-üzədir.
//Samir Qurbanov, Editor.az

