ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatında Respublikaçıların praymerizində qalib gəlib. Bülletenlərin 26%-nin işlənməsinin nəticələrinə əsasən, cənab Tramp 66,8%, Nikki Heyli isə 28,1% səs toplayıb. Eyni zamanda o, seçkilərdən geri çəkilməyəcəyini bildirib.
Editor.az bildirir ki, bu barədə CNN və Fox News məlumat verib. Bu arada, Miçiqan ştatında Demokratlar Partiyasının da ilkin seçkiləri də keçirilir. CNN yazır ki, ilkin nəticələrə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden liderlik edir.
Bülletenlərin 26%-nin işlənməsinin nəticələrinə əsasən, 79,8%-i onun lehinə səs verib. ABŞ Nümayəndələr Palatasının üzvü Din Fillips 2,8% səs toplayıb. Miçiqandan əvvəl başqa dörd ştatda – Ayova, Nyu-Hempşir, Nevada və Cənubi Karolinada, eləcə də Virciniya adalarında GOP praymerizləri və kokuslar keçirilib. Donald Tramp onların hamısında qalib gəlib. Fevralın 4-də Cənubi Karolinada Demokratlar Partiyasının praymerizlərində isə Co Bayden təxminən 97% səs toplayıb.
//Samir Qurbanov, Editor.az

