ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə “yaxın gələcəkdə” görüşə biləcəyini deyib.
O, həmçinin qeyd edib ki, o, “gələcəkdə Moskvaya səfər etməyə hazırdır”.
Editor.az bildirir ki, bu barədə CBS xəbər verir. Donald Tramp “hər şey yoluna düşəndə” Moskvaya gəlməyə hazırlaşdığını deyib və eyni zamanda Vladimir Putinin Vaşinqtona gələcəyinə ümid etdiyini bildirib. Tramp qeyd edib ki, o, çətin ki, Qələbə Günündə Moskvaya səfər edəcək, çünki bu tarix “çox yaxındır”.
//Samir Qurbanov, Editor.az