Donald Tramp NATO-nu sınamaq istəyirbackend

Donald Tramp NATO-nu sınamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun ölkələrindən birinə hücum halında Alyansın reaksiyasını nəzərdə tutan Vaşinqton Müqaviləsinin 5-ci maddəsi ABŞ-a qarşı tətbiq edilə bilər.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social-da yazıb. Onun fikrincə, Meksikadan olan qanunsuz immiqrantlar ABŞ ərazisini “işğal edir” və müdafiə bloku buna cavab verə bilər: “Bəlkə də NATO-nu sınaqdan keçirməliyik: 5-ci maddəni tətbiq etməli və NATO-nu buraya gəlməyə və cənub sərhədimizi qanunsuz immiqrantların gələcək müdaxilələrindən qorumağa məcbur etməli və bununla da çox sayda sərhəd patrul agentini digər vəzifələr üçün azad etməliyik”, – deyə Ağ Ev rəhbəri təklif edib.

//Samir Qurbanov, Editor.az