Donald Tramp NATO ölkələrini Ukraynaya maliyyə yardımlarını ABŞ-ın səviyyəsinə qaldırmağa çağırdıbackend

Donald Tramp NATO ölkələrini Ukraynaya maliyyə yardımlarını ABŞ-ın səviyyəsinə qaldırmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri Ukraynaya ayırdıqları maliyyənin payını ABŞ səviyyəsinə qədər artırmalıdırlar.

Onun sözlərinə görə, “onlardan gözəl şəkildə xahiş edilərsə, alyans üzvləri bunu edəcəklər”. O hesab edir ki, əks halda Vaşinqton öz maraqlarını üstün tutmalıdır.

Editor.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. “Biz Ukraynaya NATO ölkələrinin 100 milyard dollarlıq yardımını üstələyən həcmdə yardım edirik. Hörmət etdikləri heç kəsimiz yoxdur, amma bizdən qat-qat az ödənişdə israrlıdırlar.

Yetər ki, NATO öz xərclərinin səviyyəsini bərabərləşdirsin”, –Tramp bildirib. O əlavə edib ki, əgər NATO ölkələri Ukraynaya öz xərclərini artırmaqdan imtina edərlərsə, o zaman “ilk növbədə ABŞ öz maraqlarını mütləq nəzərə almalıdır”.

“Mən öz ədalətli payını ödəməyən 20 ölkəni ABŞ-ın hərbi yardımları dayandırmaqla hədələyərkən ki, onlar həmin pulları ödəməlidirlər, oz aman pullar axmağa başladı. Bu, gözəl mənzərə idi”, – Donald Tramp deyib.

//Samir Qurbanov, Editor.az