Donald Tramp Poma Papası olmaq istəyirbackend

Donald Tramp Poma Papası olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Papa olmaq istədiyini bildirib. O, bu barədə aprelin 29-da FOX 5 Vaşinqtonda yayımlanan brifinqdə bildirib.

Jurnalistlərdən biri Ağ Ev rəhbərindən onun fikrincə, kimin yeni pontifik olacağını soruşduqda, Tramp “Mən olmaq istərdim. Bu, mənim 1 nömrəli seçimim olardı”, – -deyə zarafat edib.
Daha sonra o, heç kimə üstünlük vermədiyini qeyd edib və bir amerikalı kardinalı xatırladıb.

“Bizim bir kardinalımız var, o, sadəcə olaraq Nyu Yorkdandır və o, çox yaxşı biridir. Ona görə də nə olacağını görəcəyik”, – Tramp əlavə edib.

“Politico” xəbər verir ki, söhbət katolik kilsəsinin rəhbəri postuna favoritlər siyahısında olmayan Timoti Dolandan gedir. Nəşr qeyd edib ki, Roma Papası postunu heç vaxt ABŞ nümayəndəsi tutmayıb.

//Samir Qurbanov, Editor.az