Donald Tramp prezident seçiləcəyi təqdirdə diktator olacaq?backend

Donald Tramp prezident seçiləcəyi təqdirdə diktator olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə prezidentliyinin ilk günü istisna olmaqla, diktator olmayacağına söz verib.

Editor.az bildirir ki, bu barədə o, “Fox News”un təşkil etdiyi Ayova ştatında seçicilərlə görüşdə bildirib. Trampdan səlahiyyətlərindən sui-istifadə etməyəcəyinə zəmanət verə biləcəyini soruşduqda o, belə cavab verib: “Birinci gün istisna olmaqla. Sərhədi bağlayıb qazıntıya başlamaq istəyirəm.

Ondan sonra mən diktator olmayacağam”, – deyə amerikalı siyasətçi cavab verib. ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Noyabr ayında NBC sorğusunun nəticələrinə görə, hazırkı prezident Co Baydenin siyasətini bəyənmə reytinqi 2021-ci ildə vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyəyə – 40%-ə düşüb. O, cənab Trampı dayandırmaq üçün prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az