Donald Tramp prezident seçiləcəyi təqdirdə, jurnalistlər ABŞ-ı tərk edəcəkbackend

Donald Tramp prezident seçiləcəyi təqdirdə, jurnalistlər ABŞ-ı tərk edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden prezidentliyə namizəd Donald Trampı “siyasi zorakılıqda” ittiham edib. Cənab Bayden adı açıqlanmayan iki jurnalistə istinadən bildirib ki, Donald Tramp yenidən seçiləcəyi təqdirdə onları həbslə hədələyib.

Editor.az bildirir ki, bu brədə “Deadline” yazıb. Co Baydenin sözlərinə görə, Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələrsə, jurnalistlər ölkəni tərk etmək niyyətindədirlər. “Eyni şəbəkədən olmayan iki keçmiş həmkarınız şəxsən mənə dedi ki, Tramp onları həbslə hədələdiyi üçün ölkəni tərk etməli olacaqlar”.

Prezident adları çəkilən jurnalistlərin hansı KİV-də işlədiyini açıqlamayıb. “The New York Post” qeyd edir ki, təhdidlərdən danışan Co Bayden jurnalist Keti Kuriçə müraciət edib. O, NBC, ABC, CBS və CNN, eləcə də Yahoo-da çalışıb.

//Samir Qurbanov, Editor.az