Donald Tramp prezident seçilərsə, Tehranla dostluq münasibətləri quracaqbackend

Donald Tramp prezident seçilərsə, Tehranla dostluq münasibətləri quracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın eks-prezidenti və prezidentliyə namizədi Donald Tramp bildirib ki, Oval kabinetə qayıdacağı təqdirdə Tehranla dostluq münasibətləri quracaq.

“Mən İranla pis davranmaq istəmirəm. Ümid edirəm ki, İranla dostluq münasibətlərində olacağıq”, – Donald Tramp deyib.

Lakin o, bunun baş verməyəcəyini də istisna etməyib. Tramp daha sonra vurğulayıb ki, İranın Amerika tərəfi ilə əlaqələr qurması üçün nüvə silahına malik olmaması şərtdir.

//Samir Qurbanov, Editor.az