Donald Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynanı sülhə məcbur edəcəkbackend

Donald Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynanı sülhə məcbur edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etməyi, həmçinin bəzi NATO üzvləri qarşısında öhdəlikləri azaltmağı planlaşdırır, Editor.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Donald Trampın müşavirləri seçkilərin nəticələrinə yekun vurulduqdan sonra Ukrayna və Rusiya prezidentləri arasında danışıqların vaxtının təyin edilməsi imkanını müzakirə edirlər.

Tramp, Ukrayna danışıqlardan imtina edərsə, Zelenskini hərbi yardımı kəsməklə hədələmək niyyətindədir, adının açıqlanmasını istəməyən müşavir bildirib.

ABŞ-ın eks-prezidenti Rusiyanı Ukraynaya hərbi dəstəyin artırılması şərti ilə danışıqlara qayıtmağa razı salmaq niyyətindədir.

Bundan əlavə, Donald Tramp bəyan etmək niyyətindədir ki, NATO müqaviləsinin alyans üzvünün hücum zamanı kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsi yalnız müdafiə xərcləri hədəflərə cavab verən ölkələrə şamil olunacaq.

//Samir Qurbanov, Editor.az