Donald Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynaya bir qəpik də verməyəcək – Macarıstanın baş naziri Viktor Orbanbackend

Donald Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynaya bir qəpik də verməyəcək – Macarıstanın baş naziri Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gələrsə, “Ukrayna-Rusiya müharibəsi üçün bir qəpik də verməyəcək”.

Editor.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib. M1-ə müsahibəsində o, Trampı sülhü təşviq etmək planları Macarıstanın planları ilə üst-üstə düşən “sülh adamı” adlandırıb. “O, hakimiyyətdə olduğu müddətdə müharibəyə başlamayan ilk prezident olub. Biz onun prezidentliyindən bilirik ki, o, sülh adamıdır, indi də fikirlərini gizlətmir, məqsədinin nə olduğunu açıq şəkildə bildirir:

Rusiya və Ukrayna arasında müharibəyə sülh gətirmək”, – Orban bildirib. Macarıstanın baş naziri ABŞ hökumətini, eləcə də Avropa İttifaqının və Aİ-nin ən böyük üzv dövlətlərinin rəhbərliyini “müharibə meylli” hesab edir. O, həmçinin əmin edir ki, Tramp qalib gəlsə, “Ukrayna-Rusiya müharibəsi üçün bir qəpik də verməyəcək”.

“Əgər Amerika pul verməsə, o zaman bu müharibəni tək avropalılar maliyyələşdirə bilməyəcək və o bitəcək” – deyən Orban, Trampın hələ qalib gəlmədiyini və partiyasının artıq demokratların Ukraynaya kömək üçün pul ayırmasına mane olduğunu vurğulayıb.

//Samir Qurbanov, Editör.az