Donald Tramp: Putin Baydendən daha ağıllı çıxdıbackend

Donald Tramp: Putin Baydendən daha ağıllı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə Amerika kəşfiyyatında çalışan “pisliklərdən” daha çox güvəndiyini deyib.

Editor.az bildirir ki, bu fikir “Newsweek” siyasətçinin “Truth” sosial şəbəkəsindəki mesajında əksini tapıb.

Tramp mesajında 2018-ci ildə Helsinkidə Rusiya lideri ilə görüşdən sonra FTB-nin irəli sürdüyü müvafiq ittihamlara baxmayaraq, Rusiya Federasiyasının 2016-cı il seçkilərinə müdaxiləsi üçün “heç bir səbəb görmədiyini” deyib: “Xatırlayın ki, Helsinkidə bir müxbir məndən soruşdu ki, mən kimə daha çox güvənirəm – Rusiya prezidenti Putinə, yoxsa bizim “kəşfiyyat”dan olan əclaflara… Mən hiss etdim ki, Ceyms Kominin, Makkeybin timsalında bizdə çox pis insanlar olub”, – Donald Trampın deyib.

Trampın sözlərinə görə, Putin Ukrayna ilə bağlı vəziyyətdə Baydendən daha ağıllı çıxıb. Rusiya prezidenti nəticələrini nəzərə almadan baş verənlərə baxır, – Ağ Evin keçmiş sahibi bildirib.

//Samir Qurbanov,Editor.az