Donald Tramp Qəzza zolağını “inanılmaz dərəcədə mühüm daşınmaz əmlak” adlandırdıbackend

Donald Tramp Qəzza zolağını “inanılmaz dərəcədə mühüm daşınmaz əmlak” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına Amerika sülhməramlılarını yerləşdirmək niyyətində olduğunu açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp ərazini “inanılmaz dərəcədə mühüm daşınmaz əmlak” adlandırıb.

“Əgər siz insanları, fələstinliləri götürüb müxtəlif ölkələrə köçürsəniz – və bunu edəcək bir çox ölkəniz var – və həqiqətən də bir azadlıq zonanız var. Siz bunu azadlıq zonası, azad zona, insanların hər gün öldürülməyəcəyi zona adlandırırsınız” – Tramp deyib.

ABŞ prezidenti ilk növbədə İsrailin Qəzzadan “niyə imtina etdiyini” də sual edib. “Onlar sahil mülkünü alıb sülh üçün xalqa verdilər. Bu necə oldu? – deyəTramp bildirib. O, Qəzzanı ABŞ-a aid olacaq “Rivyeraya” çevirməyi təklif edib.

//Samir Qurbanov, Editor.az