Donald Tramp Qrenlandiyanı da istəyirbackend

Donald Tramp Qrenlandiyanı da istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, Amerika hakimiyyəti Qrenlandiya üzərində nəzarəti bərqərar etməlidir.

O, bu açıqlamanı Ken Hoverinin Qrenlandiyanın da daxil olduğu Danimarkaya ABŞ səfiri təyin edilməsi qərarını açıqlayarkən verib. “Dünyada milli təhlükəsizliyi və azadlığı üçün Amerika Birləşmiş Ştatları hesab edir ki, Qrenlandiyaya sahib olmaq və nəzarət etmək mütləq zərurətdir” -deyə o, “Truth” Social səhifəsində yazıb.

Ken Hoveri “PayPal” və “Founders Fund” Fondunun həmtəsisçisidir. O, 2019-2021-ci illərdə Prezident Donald Trampın rəhbərliyi altında ABŞ-ın İsveçdəki səfiri vəzifəsində çalışıb. Houeri səfir vəzifəsinə namizədliyini irəli sürdüyünə görə yeni seçilmiş prezidentə təşəkkürünü bildirib.
2019-cu ildə prezident kimi ilk müddətində cənab Tramp məsləhətçiləri ilə Qrenlandiyanın satın alınması imkanını müzakirə edib. Danimarkanın baş naziri Mette Frederiksen bu ideyanı absurd adlandırıb. Onun sözlərinə görə, Amerika prezidenti Danimarkaya səfərini ləğv etdi.

//Samir Qurbanov, Editor.az