ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, Livan əsilli amerikalı iş adamı Massad Bulosu Yaxın Şərq üzrə baş məsləhətçi vəzifəsinə təyin edəcək.
O, Trampın qudası – kiçik qızı Tiffani Trampın qaynatasıdır. Bundan əvvəl siyasətçi ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsinə investor Stiven Uitkovu seçdiyini açıqlamışdı.
“Reuters2 və “Associated Press” qeyd edib ki, Trampın seçki kampaniyası zamanı Bulos dəfələrlə ərəb ölkələrinə səfər edib və müsəlman dünyasının liderləri ilə görüşüb. Materialda qeyd olunur ki, Massad Boulos Livanda əlaqələrə malikdir və Livan “Hizbullah” hərəkatının nümayəndələri ilə əlaqə saxlayır. Bundan başqa, onun atası və babası Livanın tanınmış siyasi xadimləri olub.
Qeyd edək ki, bu, Donald Tramp ikinci dəfədir ki, hökumət vəzifələrindən birinə qudasını seçir. Bundan əvvəl respublikaçı qızı İvankanın qaynatası Çarlz Kuşneri Amerikanın Fransadakı səfiri etməyi təklif etmişdi.
//Samir Qurbanov, Editor.az

