Donald Tramp rəqibi Kamala Harrisin müsahibəsinə görə, “CBS News”dan 10 milyard dollar tələb edirbackend

Donald Tramp rəqibi Kamala Harrisin müsahibəsinə görə, “CBS News”dan 10 milyard dollar tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrislə kanalda yayımlanan müsahibəyə görə “CBS News”dan 10 milyard dollar tələb edib.

Editor.az bildirir ki, bu barədə “Fox News” iddiaya istinadən yazıb. Söhbət xanım Harrisin oktyabrın əvvəlində verdiyi “60 dəqiqə” müsahibəsindən gedir. İddiaya görə, müsahibənin ilkin baxışında xanım Harrisin İsrail və Fələstin HƏMAS arasında münaqişə ilə bağlı açıqlamaları yer alıb. Halbuki verilişin tam versiyasında belə epizod olmayıb.

Texasın Şimal Dairəsinin federal məhkəməsinə verilən iddiada şəbəkənin öz izləyicilərini bilərəkdən çaşdırdığı iddia edilir. CBS-nin efirdən kənarda xanım Harrisin suallarının redaktə edilmiş versiyasını yayımladığı bildirilir. İddiada deyilir ki, xüsusi qeydə alınmış versiyada demokrat namizədin hazırlanmış ifadələrlə cavab vermək imkanı olub.
Donald Tramp “CBS News”u seçkilərə müdaxilə etmək üçün saxtakarlıq etməkdə və “ictimaiyyəti çaşdırmaq üçün hazırlanmış xəbərləri aldadıcı və maddi cəhətdən təhrif etməkdə” ittiham edib. Bütün bunlar, Trampın fikrincə, bu, onun seçki kampaniyasını əlverişsiz vəziyyətə salıb. Bu səbdən o, 10 milyard dollar təzminat və andlılar məhkəməsi tələb edib.
“CBS News” iddianı şərh edərək, proqram fraqmentinin həqiqətən də redaktə edildiyini etiraf edib. Kanalın açıqlamasında deyilir ki, bu, “vitse-prezidentin suallarına mümkün qədər çox cavab” daxil etmək üçün edilib. CBS söz azadlığını təmin edən Konstitusiyaya Birinci Düzəlişi əsas gətirərək müsahibənin tam versiyasını dərc etməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az