ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçıların Miluoki şəhərində keçirilən Milli Qurultayında çıxış edib. Tramp respublikaçı kimi dövlət başçısı vəzifəsinə namizəd olmağa razı olduğunu bildirib.
Siyasətçi “Bu gecə inanc və sədaqətlə Birləşmiş Ştatların prezidentliyinə namizəd olmaq təklifinizi qəbul edirəm” deyib. O, onu inanılmaz qələbənin gözlədiyinə, bundan sonra ABŞ-ı ölkə tarixinin ən böyük dörd ilini gözləyəcəyinə inandığını bildirib. Donald Tramp bütün ABŞ sakinlərini birləşməyə çağırıb: “Cəmiyyətimizdəki parçalanma və parçalanmalar aradan qaldırılmalıdır. Bunu tez bir zamanda sağaltmalıyıq. Biz amerikalıları ümumi tale bağlayır. Ya birlikdə qalxacağıq, ya da parçalanma olacaq. Mən Amerikanın yarısısının deyil, bütün Amerikanın prezidenti olacağam”, – o qeyd edib.
Xatırladaq ki, bu, Donald Trampın məlum sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır.
//Samir Qurbanov, Editor.az

