ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına bildirib ki, o, Ukraynanı qorumaq üçün ABŞ-ın hazırkı lideri Co Baydendən daha çox iş görəcək.
Editor.az bildirir ki, bu barədə Tramp Şimali Çarlstonda seçki kampaniyası zamanı deyib. O bildirirb ki, Baydenin prezidentliyi müddətində Vladimir Putin “Ukrayna da daxil olmaqla, istədiyi hər şeyi əldə edəcək”.
Onun sözlərinə görə, Bayden Ukraynanı Putinə “vermək niyyətindədir”. NYT qeyd edir ki, Bayden aylardır dünya liderlərini və ABŞ Konqresini Ukraynaya daha çox hərbi yardım göstərməyə çağırırdı. Tramp bu səyləri alt-üst etdi.
//Samir Qurbanov, Editor.az

