Donald Tramp Rusiya ilə münaqişəni 24 saat ərzində həll edə bilməz – Volodimir Zelenskibackend

Donald Tramp Rusiya ilə münaqişəni 24 saat ərzində həll edə bilməz – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya ilə münaqişəni 24 saat ərzində həll etmək planını mümkün hesab etmir.

Editor.az bildirir ki, bu barədə o, “Fox News”a müsahibəsi zamanı danışıb. Zelenski ABŞ-ın keçmiş prezidentinin onun səsləndirdiyi plana necə nail ola biləcəyini hələ də başa düşmədiyini bildirib.

“O, mənimlə bu problemi, bu faciəni həll edə bilməz… Nə baş verdiyini görəcək və bundan sonra fikrini dəyişəcək. Biz hamımız başa düşdük ki, bu müharibədə iki tərəf yoxdur: yalnız bir düşmən var və bu, Putinin mövqeyidir”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, Donald Tramp hələ 2023-cü ildə hakimiyyətdə olsaydı, Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağını demişdi. O, əmin edib ki, o, Zelenskini danışıqlara başlamağa razı sala bilər. Tramp həmçinin NATO ölkələrindən Ukraynaya yardımı ABŞ səviyyəsinə qədər artırmağı tələb edib.

Fevralın 8-də Senat İsrail, Ukrayna və Tayvana 95 milyard dollarlıq yardım layihəsinə baxılması üçün səs verib.Nümayəndələr Palatası fevralın 28-dək məzuniyyətə çıxdığı üçün layihə ilə bağlı hələlik razılaşmayıb.

//Samir Qurbanov, Editor.az