Donald Tramp Rusiya-Ukrayna müharibəsində kimin qalib gəlməsini istəyir?backend

Donald Tramp Rusiya-Ukrayna müharibəsində kimin qalib gəlməsini istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp jurnalistin üç dəfə səsləndirdiyi “Rusiyanın Ukraynaya qarşı müharibəsində kimi qalib görmək istəyir” sualına cavab verə bilməyib.

Editor.az bildirir ki, bu, CNN-in efirində debat zamanı baş verib. “Mən qalib gəlmək və məğlub olmaq baxımından düşünmürəm. Bunu necə həll edəcəyimi düşünürəm,” – Tramp deyib. Jurnalist ikinci dəfə Ukraynanın qalib gəlməsini istəyib-istəmədiyini soruşduqda, Tramp birbaşa cavab verməyərək, “hamının ölməsini dayandırmasını” istədiyini söyləyib.

“Mən istəyirəm ki, onlar ölməkdən xilas olsunlar – həm ruslar, həm də ukraynalılar. Və mən bunu 24 saat ərzində edəcəm”, – ABŞ-ın keçmiş prezidenti deyib. Jurnalist üçüncü dəfə sualını səsləndirdikdən sonra Tramp bildirib ki, o, Avropanın Ukraynaya dəstək üçün “daha çox pul yatırmasını” və ABŞ-la “bərabərləşməsini” istəyir. Xatırladaq ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar adlandırmaqdan imtina edib. Onun fikrincə, bu, Rusiya Federasiyası ilə danışıqlara zərər verə bilər.

  //Samir Qurbanov,Editor.az