Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı niyə susqundur? – Macarıstanın baş naziri Viktor Orbanbackend

Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı niyə susqundur? – Macarıstanın baş naziri Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Amerika hüquq normaları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Ukrayna münaqişəsi də daxil olmaqla, digər ölkələrin liderləri ilə rəsmi danışıqlar aparmağa imkan vermir.

Lakin o, əlavə edib ki, Trampla Floridadakı Mar-a-Laqo malikanəsində görüşü ona Ukrayna böhranı kontekstində vəziyyətin yaxşılaşmasına ümid etməyə imkan verir. “Düşünürəm ki, o (Donald Tramp) yanvarın 20-də vəzifəyə başlayanda müsbət effekt olacaq”, – deyə Macarıstan hökumətinin başçısı əlavə edib.

Payızda ABŞ prezidentliyinə namizəd kimi Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynadakı münaqişəni “24 saat ərzində” dayandıracağına söz vermişdi. Lakin artıq dekabrın əvvəlində o, “bacarsa” bunu edəcəyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az