Donald Tramp Rusiyadan torpaq güzəşti tələb etməyin mümkünsüzlüyünü başa düşür – Rusiya XİN sözçüsü Mariya Zaxarovabackend

Donald Tramp Rusiyadan torpaq güzəşti tələb etməyin mümkünsüzlüyünü başa düşür – Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyadan Ukraynadakı ərazilərin verilməsi ilə bağlı tələb irəli sürməyin çətinliyini anlayır.

O vurğulayıb ki, bu fikir Rusiya xarici işlər naziri Sergey Lavrovun nöqteyi-nəzəri ilə üst-üstə düşür.

“Bu, birbaşa olaraq bununla bağlıdır, çünki Donald Tramp bunun çətin olacağını söyləyib. Bu onu göstərir ki, hamı hər şeyi başa düşür”, – Zaxarova mətbuatın suallarını cavablandırarkən deyib.

Lavrov daha əvvəl bəyan etmişdi ki, Ukraynada təmas xəttində döyüşlər dayanmayacaq.

//Samir Qurbanov, Editor.az