Donald Tramp Rusiyanı “müharibə maşını” adlandırdıbackend

Donald Tramp Rusiyanı “müharibə maşını” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, müharibə maşını ilə qarşıdurmadır. Onlar Hitlerə qalib gəldilər, Napoleonu məğlub etdilər… Bu, böyük ölkədir”.

Editor.az bildirir ki, bu sözləri Tramp “Fox News” telekanalı tərəfindən yayımlanan tərəfdarları qarşısında çıxışı zamanı deyib. O, həmçinin Avropadakı müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb. Onun sözlərinə görə, onların Vaşinqtonla fərqi 150 milyard dollardır.

Qeyd edək ki, fevralın 8-də ABŞ Senatı İsrail, Ukrayna və Tayvana 95 milyard dollarlıq yardım layihəsini nəzərdən keçirmək üçün səs verib. Sənəddə Nümayəndələr Palatasının təkid etdiyi ölkə sərhədlərinin möhkəmləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Lakin Nümayəndələr Palatası fevralın 28-dək məzuniyyətdə olduğu üçün hələ layihə ilə bağlı razılığa gəlməyib.

//Samir Qurbanov, Editor.az