ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalara qarşı gözləmə mövqeyi tutur. O, yekun qərarı Moskva ilə Kiyev arasında danışıqların ikinci raundundan sonra verməyi planlaşdırır.
Editor.az bildirir ki, bu barədə “The Atlantic” jurnalı Ağ Ev administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Son günlər Tramp müşavirləri ilə Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını müzakirə edib, lakin Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün nəticələrini gözləməyə üstünlük verir. Prezidentə yaxın müşavirlərdən biri qeyd edib ki, danışıqlarda nəzərəçarpacaq irəliləyişin olmaması ilə bağlı qıcıqlanmaya baxmayaraq, Amerika lideri sülh sazişinə ümid etməkdə davam edir.
“Prezident qəzəblidir, lakin o, hələ də sövdələşməni gözləyir. O, bunun üçün ən yaxşı yolu tapmağa çalışır”, – mənbə bildirib. İstanbuldakı məsləhətləşmələrin ikinci raundu uğursuz olarsa, Tramp sanksiyaların tətbiqi məsələsini baxılmaq üçün Konqresə göndərə bilər. Ağ Evin mətbuat katibi Caroline Levitt əvvəllər görüşə ümid etdiyini bildirib və prezident danışıqlara öz nümayəndəsini göndərmək qərarına gələrsə, ictimaiyyəti məlumatlandıracağına söz verib.
//Samir Qurbanov, Editor.az