Hələ də istefa verməkdən imtina edən Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın yeni prezidenti andiçmə mərasiminə dəvət alıb.
Editor.az bildirir ki, bunu Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt Komitəsinin rəhbəri və respublikaçı Co Vilson deyib. “Gürcüstanın yeganə qanuni lideri kimi mən prezident Zurabişvilini prezident Donald Trampın andiçmə mərasiminə dəvət etmək fürsətinə görə minnətdaram”, – o yazıb.
Vilson bildirib ki, o, Zurabişvilinin Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri və keçmiş baş nazir Bidzina İvanişvili, eləcə də Çin Kommunist Partiyası və İran rejimindəki müttəfiqlərinin hücumları qarşısında göstərdiyi cəsarətə heyran qalır.
Xatırladaq ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Vaşinqtonda baş tutacaq.
//Samir Qurbanov, Editor.az