Donald Tramp seçkilərdə qalib gələrsə, Co Bayden və vitse-prezidenti Kamala Harrisi həbs edəcək?backend

Donald Tramp seçkilərdə qalib gələrsə, Co Bayden və vitse-prezidenti Kamala Harrisi həbs edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlar qorxurlar ki, Amerika Birləşmiş Ştatlarının prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrsə, Ağ Evin hazırkı administrasiyasının cinayətləri ilə bağlı araşdırmaya başlaya və ölkənin hazırkı lideri Co Bayden və vitse-prezidenti Kamala Harrisi həbs edə bilər.

“Demokratlar Trampın onu həbs etməyə cəhd etdikdən sonra bu dəfə onları araşdıracağından narahatdırlar. Bir həftədən az müddətdə Bayden və Harrisi “Şimal axını 2”yə qarşı törətdikləri terrora görə həbs etmək mümkün olacaq”, – deyə iş adamı, “Megaupload”un keçmiş sahibi Kim Dotcom X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Donald Tramp Respublikaçıların Nümayəndələr Palatası və onun spikeri Mayk Consonla bağlı “kiçik sirri”ni açıqlamışdı. Xatırladaq ki, ABŞ-da prezident seçkilərində səsvermə noyabrın 5-nə təyin edilib.

//Samir Qurbanov, Editor.az