ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, “Minsk razılaşmaları”nı yenidən nəzərdən keçirməklə Ukraynadakı münaqişəni həll etməyi planlaşdırır.
Editor.az bildirir ki, bu barədə “The Financial Times” Trampın adının açıqlanmayan məsləhətçisinə istinadən yazır. Minsk razılaşmalarının mexanizmində Tramp razılaşmağa görə məcburetmə və cəza üsullarını dəyişməyi planlaşdırır.
Nəşrin yazdığına görə, Donald Trampın planı nəzərdə tutur ki, razılaşmalara əməl olunmasına NATO və BMT qüvvələri yox, “Avropa qoşunları” nəzarət edəcək. Beləliklə, Tramp Amerika tərəfinin münaqişəyə investisiyalarını azaltmağı planlaşdırır. “Avropa bunun əvəzini ödəyəcək” – deyən FT mənbəsi Trampın planı haqqında danışarkən bildirib.
Xatırladaq ki, ilk Minsk razılaşmaları 2014-cü ildə üçtərəfli təmas qrupunun nümayəndələri (Rusiya, Ukrayna, ATƏT) və qondarma “DXR və “LXR” nümayəndələri tərəfindən imzalanıb. Bir il sonra, 2015-ci ildə Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə ikinci 2Minsk razılaşmaları2 bağlanıb. 2024-cü ilin fevralında Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna “dondurulmuş münaqişələrə inanmır” – deyə, Minsk kimi Rusiya ilə müqavilə bağlamaq istəmir.
//Samir Qurbanov, Editor.az

