Donald Tramp seçkilərdə qalib gəlsə, Moskva ilə Pekinin arasını vuracaqbackend

Donald Tramp seçkilərdə qalib gəlsə, Moskva ilə Pekinin arasını vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp Co Baydeni Rusiya və Çin arasında əlaqələrin möhkəmlənməsinə kömək etdiyinə görə tənqid edib.

O, söz verib ki, seçkilərdə qalib gəlsə, Moskva ilə Pekinin arasını vuracaq.

“Bayden onları birləşdirib. Ayıbdır… Onları ayırmalıyıq. Düşünürəm ki, mən bunu bacararam”, – deeyə Tramp X sosial şəbəkəsində yayımlanan amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.

Xatırladaq ki, may ayında Vladimir Putin Pekinə səfər edib və Çin prezidenti Si Cinpinlə görüşüb. Avqustda Rusiya prezidenti Kremldə Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Çianqı qəbul edib, sentyabrda isə Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə görüşüb. Oktyabrın ortalarında Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov Pekinə səfər edib. Çin hakimiyyəti Rusiya ordusu ilə

//Samir Qurbanov, Editor.az