ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, prezident Donald Tramp Şərqi Avropada nüvə silahının yerləşdirilməsini dəstəkləsə, şoka düşəcək.
“Mən bu məsələni prezidentlə müzakirə etməmişəm, lakin o, nüvə silahının daha da irəliyə – Şərqi Avropada yerləşdirilməsini dəstəkləsə, şok olaram. “Biz bəşər sivilizasiyasının gələcəyindən danışırıq” -deyə Vens Fox News-a müsahibəsində deyib.
Xatırladaq ki, martın 13-də Polşa prezidenti Anjey Duda ABŞ-ı Amerika nüvə başlıqlarını Qərbi Avropadan Polşa ərazisinə köçürməyə çağırıb. Onun fikrincə, bu, Rusiya üçün çəkindirici amil olacaq. Polşa prezidenti 2024-cü ildə Co Baydenin prezidentliyi dövründə ABŞ-a analoji layihə təklif etsə də, həmin vaxt təşəbbüs həyata keçirilməyib.
//Samir Qurbanov, Editor.az