Donald Tramp Səudiyyə Ərəbistanında Vladimir Putinlə görüşə bilərbackend

Donald Tramp Səudiyyə Ərəbistanında Vladimir Putinlə görüşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini istisna etməyib. “Ola bilər. Baxarıq.

Biz o nöqtəyə çatmalıyıq” – deyən Tramp ABŞ prezidentinin may ayında getmək niyyətində olduğu Səudiyyə Ərəbistanında Rusiya prezidenti ilə görüşmək niyyəti ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, Donald Trampın may ayında Səudiyyə Ərəbistanına səfəri onun ikinci prezidentlik müddətinin başlamasından bəri ilk xarici səfəri olacaq. Səfərin Fars körfəzi ölkələri ilə əlaqələri gücləndirmək və Yaxın Şərqdəki münaqişələrin həllini müzakirə etmək məqsədilə təşkil edildiyi vurğulanıb.

//Samir Qurbanov, Editor.az