ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman ilə görüşüb.
“Axios” mənbələrə istinadən xəbər verir ki, onlar İranla vəziyyəti və digər regional məsələləri müzakirə ediblər. Səudiyyə Ərəbistanının xarici işlər naziri Donald Trampla görüşdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi ilə telefon danışığı aparıb.
Nəşr xatırladıb ki, ABŞ-ın xüsusi elçisi Steve Vitkoff nüvə danışıqlarını bərpa etmək üçün gələn həftə Osloda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşməyi planlaşdırır. Daha əvvəl Donald Tramp bildirib ki, İran ABŞ-la danışmaq istəyir və “bunu etmək vaxtıdır”. O bildirib ki, ABŞ İrana zərər vermək istəmir. “Mən bilirəm ki, onlar da görüşmək istəyirlər, lazım gələrsə, görüşəcəm.
//Samir Qurbanov, Editor.az