Donald Tramp Si Cinpini Vaşinqtonda gözləyirbackend

Donald Tramp Si Cinpini Vaşinqtonda gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ABŞ-a səfərini gözlədiyini deyib, lakin bunun nə vaxt baş verə biləcəyini açıqlamayıb.

Tramp ABŞ və Çinin yeni ticarət razılaşması əldə etməsinə işarə edib. “Reuters” yazıb ki, Si Çinpin və Tramp arasında dialoq ticarət tariflərinin potensial yumşaldılması və ya gecikdirilməsi üçün həlledici hesab olunur.

Tramp ABŞ-a gələn digər liderləri də nəzərdə tutaraq, “Sonda prezident Si Çinpinimiz olacaq, gələn hər kəsə sahib olacağıq” – Tramp deyib. Nəşr qeyd edib ki, Si Cinpin sonuncu dəfə ABŞ-a 2023-cü ilin noyabrında səfər edib. Onlar yanvarın 20-də vəzifəyə başlamasından qısa müddət əvvəl telefonda danışıblar.

//Samir Qurbanov, Editor.az